10 
Avq
2017
20:15
168
66
15598
Virtual karabakh

Bakıda tanınmış restoranın sahibi həbs olunub

10 Avq, 2017
20:15
15598

Bakıda tanınmış restoranın sahibi həbs olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekoloji mühitə ziyan vuran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini tərəfindən “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda yerləşən “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə yüksək gəlirliliyə nail olmaq üçün həmin iaşə obyektinə Biləcəri bələdiyyəsi tərəfindən icarəyə verilmiş 9503,3 kv.m torpaq sahəsində mövcud olan 67 ədəd Eldar şamının dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökməklə məhv etməsinə, həmçinin 2 ədəd ağacı kötüyündən kəsərək təbiətə ümumilikdə 57 min 360 manat məbləğində ziyan vurmasına dair şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 260.3 (meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə  külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hal-hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri