11 
Avq
2017
13:32
112
26
2740
Virtual karabakh

Hacıqabul sakinlərindən narkotik götürüldü

11 Avq, 2017
13:32
2740

Hacıqabul sakinlərindən narkotik götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunda keçirilən əməliyyat tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri çərçivəsində 3 nəfər saxlanılıb. 

Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Əkbərov Elşad Ələkbər oğlu polis tərəfindən saxlanılarkən onun üzərindən 1,7 qram narkotik vasitə olan heroin aşakar edilərək götürülüb.

Adı çəkilən şəxs heroini Hacıqabul sakini, 1963-cü il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş Məmmədov Abdulla Beydulla oğlundan aldığını etiraf edib. Sonuncunun evinə baxış keçirilərkən oradan satış məqsədi üçün nəzərdə tutulan  11,5 qram heroin aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb.

Digər bir əməliyat zamanı rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədov Rövşən Nəsrullah oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 17 qram tiryək aşkar olunaraq götürülüb.

Hər 3 şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri