11 
Avq
2017
14:47
101
206
26941
Virtual karabakh

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR

11 Avq, 2017
14:47
26941

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var.

Oxu.Az-ın lent.az-a istinadən məlumatına görə, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

İki nəfər - “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

“Yunus  Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”,  “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri