15 
Avq
2017
15:21
292
33
17840
Virtual karabakh

Qohumunu zorlayan və hədələyən şəxs həbs olundu

15 Avq, 2017
15:21
17840

Qohumunu zorlayan və hədələyən şəxs həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqla M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən videogörüntü və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.

M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri