16 
Avq
2017
09:24
74
24
1950
Virtual karabakh

Lənkəranda narkotik maddələrin satışı ilə məşğul olanlar saxlanıldı

16 Avq, 2017
09:24
1950

Lənkəranda narkotik maddələrin satışı ilə məşğul olanlar saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat keçiriblər.

Rayonun Göyşaban kənd sakini, 49 yaşlı Məmmədov Siyavuş Qədir oğlu və Bakı şəhər sakini Məmmədov Hafiz Hətəm oğlu şübhəli şəxs qismində saxlanılıblar. H.Məmmədovun üzərinə baxış keçirilərkən maddi sübut kimi 30 qutu metadon həbi aşkarlanaraq götürülüb. Bundan sonra güclü təsiredici qabiliyyəti olan preraparatı ona satan şəxs kimi S.Məmmədov da istintaqa cəlb olunub.

Qeyd edək ki, narkotik tərkibli metadon həbi Azərbaycan Respublikasının ərazisində yalnız qanunla tənzimlənən şəkildə, yəni istifadə edilməsi göstərilməklə tətbiqinə izacə verilir. Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri