16 
Avq
2017
11:59
73
6
2463
Virtual karabakh

Bakıda dələduzu məhkəmə zalında həbs etdilər

16 Avq, 2017
11:59
2463

Bakıda dələduzu məhkəmə zalında həbs etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Zamində olan Q. Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Q. Süleymanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri