16 
Avq
2017
16:31
9
118
2414
Virtual karabakh

Azərbaycanda qadın cinayətkarların sayı açıqlandı

16 Avq, 2017
16:31
2414

Azərbaycanda qadın cinayətkarların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda cinayət törətmiş şəxslərin 5,7 faizi qadınlar olub.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayət törətmiş şəxslər arasında 14-17 yaşda olanların payı isə 3,1 faiz təşkil edib.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri