16 
Avq
2017
16:57
319
51
4399
Virtual karabakh

Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istədi

16 Avq, 2017
16:57
4399

Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edir.

Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif ƏliyevOrxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses avqustun 21-də davam etdiriləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri