16 
Avq
2017
17:25
86
66
3473
Virtual karabakh

Sərhəd zastavasının ərazisində gizlədilən silah-sursat aşkarlandı

16 Avq, 2017
17:25
3473

Sərhəd zastavasının ərazisində gizlədilən silah-sursat aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

DSX-nın mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, “Şəmkir” sərhəd dəstəsinin “Keşikçidağ” sərhəd zastavasının xidməti ərazisində gizlədilən halda istifadəyə yararlı olan 1 ədəd “Naqan” tipli tapança, 2 ədəd siqnal tapançası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri