16 
Avq
2017
18:20
121
32
2290
Virtual karabakh

İran vətəndaşını avtomobillə vuraraq öldürən sürücü həbs olundu

16 Avq, 2017
18:20
2290

İran vətəndaşını avtomobillə vuraraq öldürən sürücü həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. 

Belə ki, avqustun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 1968-ci il təvəllüdlü Qurbanov Vaqif Əsədulla oğlunun idarəetdiyi “London Taxi” markalı, 10-TH-387 dövlət nömrə nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşı Heydəri Həsən Vali oğlunun idarə etdiyi “OKA” markalı, 10-NX-581 dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və V.Qurbanovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində V.Qurbanov tutularaq istintaqa cəlb edilib. 

V.Qurbanovun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. 

V.Qurbanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri