16 
Avq
2017
19:30
26
146
2255
Virtual karabakh

Arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb

16 Avq, 2017
19:30
2255

Arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova APA-ya faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.

Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri