17 
Avq
2017
13:40
207
77
8482
Virtual karabakh

Arvadını döyən kişinin qulağını kəsdilər

17 Avq, 2017
13:40
8482

Arvadını döyən kişinin qulağını kəsdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri