17 
Avq
2017
15:15
22
109
3942
Virtual karabakh

Şirvanda silahla hədələnən şəxs adam öldürdü

17 Avq, 2017
15:15
3942

Şirvanda silahla hədələnən şəxs adam öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda qətl törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini Əvəz adlı şəxsi (soyadı hələlik məlum deyil) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. 

Ona baxış keçirilərkən aldığı xəsarətdən öldüyü məlum olub.

Araşdırmalar zamanı hadisənin Şirvan sakini Məmmədov Anar Malik oğlu tərəfindən törədildiyi müəyyənləşib. Belə ki, A. Məmmədovla həmin şəxs arasında mübahisə düşüb. Dünyasını dəyişən şəxs A. Məmmədovu silahla hədələyib. Bu zaman A. Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri