18 
Avq
2017
12:50
14
205
5031
Virtual karabakh

Qubada iki övlad atası baltalandı

18 Avq, 2017
12:50
5031

Qubada iki övlad atası baltalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi, 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib. 

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri