18 
Avq
2017
17:50
89
59
5351
Virtual karabakh

Baş Prokurorluq bir neçə sayta xəbərdarlıq etdi

18 Avq, 2017
17:50
5351

Baş Prokurorluq bir neçə sayta xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Bununla əlaqədar həmin saytların baş redaktorları Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görəcəklərinə dair rəsmi xəbərdarlıq edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri