21 
Avq
2017
09:29
92
57
2811
Virtual karabakh

Ağstafada polis bıçaqlandı

21 Avq, 2017
09:29
2811

Ağstafada polis bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada bıçaqlanma olub.

Oxu.Az APA-ya istinadən məlumat verir ki,  rayon Polis Şöbəsinin əməliyyatçısı, 1994-cü il təvəllüdlü Nurlan Vəliyev ənsə nahiyəsinin və göz ətrafı nahiyənin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə Qazax rayonu ərazisində yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb. Polis əməkdaşını bıçaqlayan şəxsin kimliyinin məlum olduğu bildirilir. Hazırda onun saxlanılması istiqamətində polis şöbəsində əməliyyat tədbirləri həyata keçirilir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri