22 
Avq
2017
15:34
84
276
16659
Virtual karabakh

Pauerliftinq üzrə dünya çempionunu Allahverənovun son zərbələri öldürüb – VİDEO + YENİLƏNİB

22 Avq, 2017
15:34
16659

Pauerliftinq üzrə dünya çempionunu Allahverənovun son zərbələri öldürüb – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Habarovsk vilayəti üzrə İK-nin istintaq idarəsi paureliftinq üzrə dünya çempionu Andrey Draçyovun ölüm səbəbini müəyyənləşdirib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Mash teleqram" kanalı xəbər verir.

Məhkəmə tibbi ekspertizasının nəticələrinə əsasən, idmançı öncədən düşünüldüyü kimi, nə üzündən, nə də yerə yıxılarkən başından aldığı zərbələr nəticəsində ölüb.

Andrey Draçyovun ölümünə səbəb Allahverənovun son zərbələri olub. Belə ki, bu zərbələr nəticəsində idmançının burun sümüyü sınıb və kiçik parçalar Draçyovun baş beyninə keçib, nəticədə o dünyasını dəyişib.

Qeyd edək ki, hazırda Allahverənov federal axtarışa verilib. O, ömürlük həbs cəzası ala bilər.

13:51

Rusiyada pauerliftinq üzrə dünya çempionu  Andrey Draçyovu  öldürməkdə şübhəli bilinən azərbaycanlı federal axtarışa verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Habarovsk vilayəti üzrə İK-nin istintaq idarəsinin saytında bildirilir. 

“Həmin şəxsin evində artıq axtarış aparılıb. İstintaq qrupu tərəfindən geniş miqyaslı əməliyyat-axtarış tədbirləri keçirilir. A.Draçyovun öldürülməsində şübhəli bilinən şəxs artıq federal axtarışa verilib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Draçyovun öldürülməsində Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu şübhəli bilinir.

Məlumata əsasən, 32 yaşlı Draçyov kafelərin birində istirahət edərkən, ona cavan oğlan yaxınlaşıb və onların arasında mübahisə başlayıb. Daha sonra kişilər küçəyə çıxıblar və artıq onların arasında mübahisə əlbəyaxa davaya keçib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri