22 
Avq
2017
17:53
259
18
10763
Virtual karabakh

Bakıda sürücünü silahla hədələyən polis oğlunun digər əməlləri üzə çıxdı

22 Avq, 2017
17:53
10763

Bakıda sürücünü silahla hədələyən polis oğlunun digər əməlləri üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, avqustun 16-da, saat 22:00 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib, avtobusa daxil olaraq sürücü ilə mübahisə edib, ona hədə-qorxu gəlib, daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib və hadisə yerindən uzaqlaşıb.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O.Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqın gedişində, O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib.

O.Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü  maddəsi ilə yanaşı, həmin Məcəllənin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.

O.Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri