23 
Avq
2017
10:57
24
143
9133
Virtual karabakh

Bakıda 300 min manatlıq dələduzluq

23 Avq, 2017
10:57
9133

Bakıda 300 min manatlıq dələduzluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.

Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri