25 
Avq
2017
11:11
26
405
31210
Virtual karabakh

Bulvarda naməlum qadın meyiti tapıldı – FOTO (18+) - YENİLƏNİB

25 Avq, 2017
11:11
31210

Bulvarda naməlum qadın meyiti tapıldı – FOTO (18+) - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı bulvarında suda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onun 1944-cü il təvəllüdlü Rəfiqə Şahab qızı Mustafayeva olduğu müəyyən edilib.

 R. Mustafayevanın intihar etdiyi bildirilir.

 Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, avqustun 8-də, saat 15:00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda, dənizdə üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. 

23.08.2017 14:33

Avqustun 8-də, saat 15:00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, meyitin boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud 492-02-02 nömrəli telefonla Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri