26 
Avq
2017
12:21
26
186
14571
Virtual karabakh

Bakıda keçmiş arvadını qətlə yetirən polis şikayət etdi

26 Avq, 2017
12:21
14571

Bakıda keçmiş arvadını qətlə yetirən polis şikayət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı avqustun 31-nə təyin edilib.

 Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

 Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.

 S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri