Sen
2017
13:30
29
110
4707
Virtual karabakh

Sankt-Peterburqda üç azərbaycanlı tutulub

8 Sen, 2017
13:30
4707

Sankt-Peterburqda üç azərbaycanlı tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.

Onlar bu ilin mart ayında maşınlarına əyləşən 30 yaşlı qadına tərkibinə yuxu dərmanı qatılmış içki içirdikdən sonra onun 170 min rublunu, iki həftə sonra isə eyni üsulla 33 yaşlı kişinin evindən 210 min rubl oğurlayıblar.

Polis əməkdaşları tərəfindən aparılan axtarış zamanı təqsirləndirilən şəxslərdən qeyd olunan tibbi məhsul, eləcə də mobil telefon və zərgərlik əşyaları götürülüb.

Araşdırmalar davam etdirilir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri