11 
Sen
2017
08:58
29
96
3049
Virtual karabakh

Lənkəranda toyda kütləvi dava oldu, xəsarət alanlar var

11 Sen, 2017
08:58
3049

Lənkəranda toyda kütləvi dava oldu, xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Oxu.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.

Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri