11 
Sen
2017
14:48
16
162
4458
Virtual karabakh

Gəzmək üçün avtomobil oğurlayan gənclər – VİDEO

11 Sen, 2017
14:48
4458

Gəzmək üçün avtomobil oğurlayan gənclər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Yasamal rayonu ərazisində maşın oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində "VAZ 2107" markalı avtomobili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan Ağsu rayon sakini, 27 yaşlı Hüseynov Sərxan və Bakı şəhər sakini, 21 yaşlı Musayev Anar Quba rayonu ərazisində tutulublar. 

Onlar, ilk öncə, Xaçmaz rayonuna gəliblər, amma tutulacaqlarından ehtiyat edərək maşını Xaçmazda qoyub Bakıya qayıdıblar. Bir neçə gündən sonra yenidən Xaçmaza qayıdıb Qubaya gediblər.

Sərxan Hüseynov: "Gəzmək istəyirdim həmin maşınla, sürmək istəyirdim. Getdim Qəçrəşdə tutuldum. Polis əməkdaşları yaxınlaşdılar, məlum oldu ki, maşını oğurlayıb meşədə gizlətmişəm".

Anar Musayev: "Mən bu insanı 8-10 ildir görmürdüm. Rayondan gəldi, dedi səni görmək istəyirəm. Mən də gətirdim evə, bir tikə çörək verdim ki, qarnı tox olsun. Mənə təklif elədi ki, burdan maşın götürə bilərəm. Dedim ki, bura məhəlləmdir, heç vaxt ola bilməz, şəhər doludur maşınla, ürəyin nə istəyir elə. Bizim məhəllədən çıxdı. Bir maşına girdi, alınmadı, ikinci maşına girdi alınmadı, üçüncü maşına girdi, işə saldı".

Hər iki şəxs Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri