12 
Sen
2017
14:03
30
256
9819
Virtual karabakh

Hacı Qalibin oğlu “Azərsu” əməkdaşının çənəsini sındırıb? - VİDEO

12 Sen, 2017
14:03
9819

Hacı Qalibin oğlu “Azərsu” əməkdaşının çənəsini sındırıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərsu” ASC-də nəzarətçi olaraq çalışan Mirzəliyev Elbəyi Məzahir oğlu kommunal borcun ödənilməsi üçün getdiyi evin sahibi tərəfindən döyülüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı  qafqazinfo.az-a müraciət edən adıçəkilən şəxsin qardaşı Vüqar Mirzəliyev bildirib ki, qardaşı Nəsimi rayon su kanal idarəsində işləyir.

Şikayətçi iddia edir ki, təxminən 70 manata yaxın borcu olan abonentin qapısını döyüb. Qapını açan ev sahibinin oğlu borcu qaytarmayacağını bildirərək, qardaşına ağır zərbələr endirib. Nəticədə qurumun əməkdaşının çənəsi iki yerdən qırılıb, bir dişi isə sınıb.

Əməliyyat olunan E.Mirzəliyev bu ayın 4-dən bəri xəstəxanada yatır. Şikayətçinin sözlərinə görə, qardaşının ifadəsi artıq alınıb. Onu vuran şəxs isə eks-deputat Hacı Qalib Salahzadənin oğludur.

Məsələni dəqiqləşdirmək üçün keçmiş deputatla əlaqə saxladıq. Q.Salahzadə isə iddiaları yalan adlandırdı: “Mənim bir oğlum var, o da şeyxin kürəkənidir. Bu cür əsassız xəbər yazan hər kəsi məhkəməyə verəcəm”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə saytımıza açıqlamasında əməkdaşlarının döyülməsi ilə bağlı faktı təsdiqlədi, lakin E.Mirzəliyevi döyən şəxsin eks-deputatın oğlu və ya yaxını olmadığını bildirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri