12 
Sen
2017
22:15
36
292
11311
Virtual karabakh

Bakıda qadın mağazada belə oğurluq etdi – VİDEO

12 Sen, 2017
22:15
11311

Bakıda qadın mağazada belə oğurluq etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mağazada müştəri oğurluq edib. Yaşlı qadın digər müştərinin alış-veriş səbətindən portmanatını oğurlayıb. Oğurluq anı isə marketin təhlükəsizlik kamerasına düşüb.

Oxu.Az xezerxeber.az-a istinadən bildirir ki, əvvəlcə ətrafa göz gəzdirir. 

Ona baxanın olmadığını görən kimi alış-veriş səbətindəki portmanatı götürür.

Görüntülər mağazanın təhlükəsizlik kamerasına düşüb. Zərərçəkmiş Gülnar Məmmədova bildirib ki, hadisə ötən gün axşam saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki marketlərdən birində baş verib.

Görüntülərdən də aydın olur ki, xanım vitrinlərdən müəyyən ərzaq məhsulları alaraq səbətə qoyur. Bununla yanaşı o, içində 300 manat pul, sənədləri və bankomat kartı olan portmanatı da həmin ərzaq məhsullarının yanına qoyaraq digər vitrinə tərəf gedib.

Səbətin yiyəsiz olduğunu görən təxminən 50-55 yaşlı qadın ona yaxınlaşıb ətrafa göz gəzdirir. Sahibinin səbəti nəzarətsiz qoyduğun görən qadın portmanatı götürür. O, hətta kassaya yaxınlaşana qədər portmanatı açıb içindəki pulları da götürür.

Zərərçəkmiş Gülnar Məmmədova isə hadisədən kassada aldığı məhsulların pulunu ödəmək istəyərkən xəbər tutub. O, əvvəlcə marketin rəhbərliyini müraciət edib. Mağazanın təhlükəsizlik kamerasına baxış keçirilərkən zərərçəkmiş, qarətçinin qadın olduğunu müəyyən edib. Dərhal Gülnar Məmmədova ərazi üzrə 13-cü polis bölməsinə məlumat verib. Bölmədən aldığımız məlumata görə, hələki qadının kimliyi müəyyən edilməyib. Amma əməliyyat-axtarış tədbirləri aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri