13 
Sen
2017
11:37
224
35
29042
Virtual karabakh

Masallı Rafiq qulağının qisasını aldı? – Tbilisidə güllələnən kriminal avtoritetin qətlinin yeni TƏFƏRRÜATI

13 Sen, 2017
11:37
29042

Masallı Rafiq qulağının qisasını aldı? – Tbilisidə güllələnən kriminal avtoritetin qətlinin yeni TƏFƏRRÜATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.

Məlumata görə, Elşən Məmmədov “Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub.   Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov “Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

Bir müddət öncə o, “Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovu restorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.

Operativ məlumatlara görə, 39 yaşlı Moskva sahibkarı Elşən Məmmədovun qətlinin maliyyə sponsoru “Fut Siti”nin əsas icarədarlarından biri olan Zaur Əhmədovdur.

Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri