18 
Sen
2017
15:48
28
76
2678
Virtual karabakh

Bakıda 12 minlik oğurluq – FOTO

18 Sen, 2017
15:48
2678

Bakıda 12 minlik oğurluq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.

DİN-dən Oxu.Az-a daxil olan xəbərə görə, saxlanılan şəxslər ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

A.Ələkbərzadə və K.Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri