19 
Sen
2017
11:39
11
199
7834
Virtual karabakh

Masallı sakini vəfat etmiş bibisinin oğlunu vəhşicəsinə öldürdü – YENİLƏNİB

19 Sen, 2017
11:39
7834

Masallı sakini vəfat etmiş bibisinin oğlunu vəhşicəsinə öldürdü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Masallıda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Qızılağac kənd sakini Hüseynov Vüsal Rüfət oğlu bibisi oğlu Allahverdiyev Afiq Rafiq oğlunu mülk üstündə öldürüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Hüseynov ailəsi ilə birgə bir neçə il əvvəl kənddəki evlərini sataraq Bakıya köçüb və paytaxtda yaşamağa başlayıb. Onların satdıqları ev ilə eyni həyətdə isə onun nənəsinin evi yerləşir və Afiq Allahverdiyev illər əvvəl anası vəfat edəndən sonra məhz həmin evdə nənəsinin himayəsində yaşayıb.

Buna baxmayaraq Vüsal Hüseynov Afiqin həmin ev üzərində hüququnun olmadığını bildirirmiş və nənəsinin evini, eləcə də həyatyanı sahəni satmağa çalışırmış. Afiq Allahverdiyev isə dayısı oğluna bildirib ki, buna imkan verməyəcək. O deyib ki, getməyə başqa yeri yoxdur və nənəsinin yanında yaşayan nəvəsi kimi onun da ev üzərində hüququ var. Bu səbəbdən dayıoğlu ilə bibioğlu arasında münaqişə yaranıb.

Daha sonra Vüsal Hüseynov Afiqi özünə məxsus avtomobillə kəndin kənarına aparıb və küt alətlə onun başına zərbələr endirərək onu öldürüb. Ağır xəsarət alan Afiqin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən V.Hüseynov tutulub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Afiq Hüseynovn anası təxminən 20 il əvvəl vəfat edib və daha sonra atası onu nənəsinin yanına ataraq başqa yerə köçüb.

09:35

Masallı rayonunda ölüm hadisəsi baş verib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. 

Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı kəllə-beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən V.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri