19 
Sen
2017
10:13
70
216
19005
Virtual karabakh

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

19 Sen, 2017
10:13
19005

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri