19 
Sen
2017
15:59
123
14
2540
Virtual karabakh

Xanıma 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı

19 Sen, 2017
15:59
2540

Xanıma 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən Məhəmmədli kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi  davam edib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəməyə şahidlər gəlməyib. Bu səbəbdən məhkəmə oktyabrın 3-nə təxirə salınıb.

Məhkəmədə o da məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi də açılıb. O, yenə də dələduzluqda təqsirləndirilir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasında xanım iş adamı Ülviyyə Abdalova da var.

Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını və bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri