19 
Sen
2017
16:12
78
14
2792
Virtual karabakh

Tutulan futbolçunun sürücü atası: Cərimə klub tərəfindən ödənilməyib

19 Sen, 2017
16:12
2792

Tutulan futbolçunun sürücü atası: Cərimə klub tərəfindən ödənilməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hadisənin təfərrüatı barədə məlumatsızıq. Mənə elə gəlir ki, uşaqlıq heç nə yoxdur”. 

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında "Sumqayıt” klubunun oğurluğa görə tutulmuş futbolçusu Nicat Muxtarovun atası Asif Muxtarov deyib. 

O bildirib ki, N.Muxtarovun ötən mövsümün sonlarında AFFA İntizam Komitəsi tərəfindən kəsilmiş cəriməni ödəmək üçün oğurluq etdiyi də həqiqətə uyğun deyil: "Həmin cərimə klub tərəfindən də ödənilməyib".

Sürücü işlədiyini deyən A.Muxtarov futbolla bağlı məsələlərdən dərin təsəvvürünün olmadığını da əlavə edib. Bu səbəbdən o, geniş danışmaq istəmədiyini vurğulayıb. 

Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri