20 
Sen
2017
11:39
15
73
2513
Virtual karabakh

Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirdi

20 Sen, 2017
11:39
2513

Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Oxu.Az-ın məlumat verir ki, APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 

1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.

İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, ötən ay qəsəbədə keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri