20 
Sen
2017
11:32
356
34
15831
Virtual karabakh

Şeyxin kürəkəni həbsdə qaldı - MƏHKƏMƏ QƏRARI

20 Sen, 2017
11:32
15831

Şeyxin kürəkəni həbsdə qaldı - MƏHKƏMƏ QƏRARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Ə.Salahzadənin vəkili Cavanşir Məmmədov məlumat verib. Onun sözlərinə görə, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Salahzadə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri