21 
Sen
2017
10:14
23
94
4942
Virtual karabakh

Azərbaycanda kişi arvadına görə qayınanasının boğazını kəsmək istədi - VİDEO

21 Sen, 2017
10:14
4942

Azərbaycanda kişi arvadına görə qayınanasının boğazını kəsmək istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsəndə bıçaqlanma olub.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki,  hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini, Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, Bayan kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Emin Kamil oğlu həyat yoldaşı Əfsanə Cəfərovanı döydüyü üçün qadın anasının evinə gedib. Anası Şücayət Cəfərova qızı ilə birlikdə polisə şikayət edib. Onlar Əfsanə Cəfərovanın boşanmaq istədiyini deyiblər. Polis əməkdaşları E. Cəfərovu şöbəyə çağıraraq, ondan izahat alıblar. Oradan çıxan kimi Emin Cəfərov boşanmaq istəyən həyat yoldaşını və qayınanasını bıçaqlayıb. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri