21 
Sen
2017
10:57
86
83
12332
Virtual karabakh

Deputat Hacı Qalibin həbsini tələb edir

21 Sen, 2017
10:57
12332

Deputat Hacı Qalibin həbsini tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək, həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb: “Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda, keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri