21 
Sen
2017
13:05
78
31
9242
Virtual karabakh

Generalın məhkəməsində DAVA - Butulkalar atıldı

21 Sen, 2017
13:05
9242

Generalın məhkəməsində DAVA - Butulkalar atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Elçin Quliyev məhkəmədə bildirib ki, bura gələn şahidlər öyrədilib: "Bunların hamısı papaq altında oturanlardır".

Maqsud Mahmudov isə buna etiraz edib: "Sənin kimi şərəfsiz, ləyaqətsiz generallar Heydər Əliyevin yaratdığı MTN-i dağıtdılar. Sən o şöbədə nə işləmisən? Hamı İlqar elədiyini deyir. Amma epizodları sən danışırsan".

Bu zaman Elçin Quliyev yerindən qalxaraq zərərçəkənləri hamısını dələduz adlandırıb: "Bunlar hamısı prokurorun öyrətdikləri adamlardır. Bığ altında yatanları bura gətiriblər".

Mübahisə qızışıb. Elçin Quliyev və Maqsud Mahmudov bir birinə su butulkasını atıblar.

Hali Maqsud Mahmudovu zaldan çıxarılıb.

Proses sabah davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri