22 
Sen
2017
09:59
9
59
1193
Virtual karabakh

Avtomobildən pirotexniki vasitə aşkar edildi

22 Sen, 2017
09:59
1193

Avtomobildən pirotexniki vasitə aşkar edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobildə gizlədilən pirotexniki vasitə və fişənglər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri