22 
Sen
2017
11:29
22
138
6724
Virtual karabakh

Azərbaycanlıların bazasına polis basqını: Onlarla şəxs saxlanıldı

22 Sen, 2017
11:29
6724

Azərbaycanlıların bazasına polis basqını: Onlarla şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı mevə-tərəvəz bazasında reyd keçirilib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, yerli OMON və polisin bazada qəfil reydi nəticəsində 200-dək miqrant saxlanılıb. Onların böyük əksəriyyəti azərbaycanlılardır.

“OMON və polis bazaya qəfil soxuldu. Heç kimə tərpənməyə imkan vermədilər. Miqrantların sənədlərini aldılar, hamını yeli polisə gətirdilər. Böyük ehtimalla çox adamı deportasiya edəcəklər”,  - deyə mənbə bildirib.

Xatırladaq ki, adıçəkilən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarından tutmuş Lotu Quli, habelə Ded Xasanın  kürd klanı illərdir amansız mübarizə aparırdı. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri