22 
Sen
2017
12:34
7
62
2038
Virtual karabakh

Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb

22 Sen, 2017
12:34
2038

Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb".

Oxu.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bank sahəsində həm icraatla bağlı, həm də məhkəməyə  göndərilən işlərin sayı artıb: "Tikinti və vətəndaşların mənzil məsələləri ilə bağlı işlər də Baş Prokurorluğun diqqət mərkəzindədir. Təbii ki, digər sahələrdən də şikayətlər daxil olur, cinayət işləri araşdırılır, məhkəməyə göndərilir".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri