22 
Sen
2017
13:11
15
274
7531
Virtual karabakh

Gədəbəydə kişi valideynlərini öldürdü – YENİLƏNİB

22 Sen, 2017
13:11
7531

Gədəbəydə kişi valideynlərini öldürdü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. 

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qurudərə kəndində baş verib. 

Belə ki, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1937-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1941-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb. 

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

12:09

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az Pressaz.com-a istinadən xəbər verir ki, ötən gün günorta saatlarında rayonun Qurudərə kənd sakini, 1962-ci il təvəllüdlü Məsimov Şöhrət Mikayıl oğlu, aralarında yaranmış mübahisə zəminində atası 1937-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğluna, və anası 1941-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızına bıçaqla ağır xəsarətlər yetirərək, hadisə yerindən qaçıb.

Yaralılar aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Şöhrət Məsimovun tutulması istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri