24 
Sen
2017
18:41
24
255
6757
Virtual karabakh

Şəkidə meşədə kişi meyiti tapıldı

24 Sen, 2017
18:41
6757

Şəkidə meşədə kişi meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə meşədə kişi meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gün saat 11 radələrində rayonun Qoxmuq kənd inzibati ərazisində, dağlıq meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

İlkin araşdırma zamanı tapılan meyitin rayonun Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Rəcəb oğlu Səmədov olduğu müəyyən olunub. Araşdırma zamanı o da məlum olub ki, Fərrux Rəcəbov 3 gün əvvəl yaşadığı evdən süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb.

Fərrux Rəcəbovun ürək xəstəliyindən əziyyət çəkdiyi  bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri