26 
Sen
2017
08:45
14
103
4544
Virtual karabakh

Sabirabadda ər arvadını bıçaqladı

26 Sen, 2017
08:45
4544

Sabirabadda ər arvadını bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.

Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri