27 
Sen
2017
09:47
23
125
5038
Virtual karabakh

Gəncədə ər arvadını küçədə bıçaqladı

27 Sen, 2017
09:47
5038

Gəncədə ər arvadını küçədə bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə ər arvadını bıçaqlayaraq, öldürməyə cəhd edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib. 

Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq, hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq, istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 129-cu (öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri