Okt
2017
10:51
11
130
9742
Virtual karabakh

Qətl törətmiş sabiq polisin cəzası dəyişdirildi

9 Okt, 2017
10:51
9742

Qətl törətmiş sabiq polisin cəzası dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az xəbər verir ki, bunu Report-a vəkil Ceyhun Yusifov bildirib.

Onun sözlərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası 19 ilə endirilib. Bundan başqa, S.Əliyevin adam öldürməyə cəhd maddəsi Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri