Okt
2017
16:30
119
33
6663
Virtual karabakh

Oğru qızılı banka girov qoyub, kredit götürdü – VİDEO

9 Okt, 2017
16:30
6663

Oğru qızılı banka girov qoyub, kredit götürdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə qızıl oğrusu saxlanılıb.

Oxu.Az "ARB" TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müraciət edərək, sentyabr ayının 6-da yaşadığı mənzildə cinayət törədildiyini bildirib.

Zərərçəkənin ifadəsini yerində yoxlayan əməliyyat istintaq qrupu mənzildən 5 min manat dəyərində qızıl-zinyət əşyalarının naməlum şəraitdə oğurlandığını sübuta yetiriblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis oğurluğu 27 yaşlı rayon sakini Şiraslan Həsənovun törətdiyini müəyyən edib.

Şöbədə dindirilən şübhəli zərərçəkənin evinə pəncərədən daxil olduğunu etiraf edib. Çağırılmayan qonaq əldə etdiyi qəniməti elə həmin gün banka girov qoyub, 1000 manat nağd pul götürüb.

Şiraslan Həsənov - saxlanılan şəxs: “Aynadan içəri daxil oldum. Birinci otağa girib, axtardım, heç nə çıxmadı. İkinci otaqda döşəyi qaldırıb, altına baxdım, heç nə olmadı. Sandığa baxanda, qızılları tapdım. Götürüb, pəncərədən də çıxdım. Küçənin ayağına çatana yaxın qaça-qaça getdim”.

Artıq Şiraslan Həsənovun oğurluq yolla əldə etdiyi qızıl-zinyət əşyaları yerli məhkəmənin qərarı ilə girov qoyulan bankdan götürülərək, maddi sübut kimi ekspertizaya təqdim olunub. Günahı tam sübuta yetirilsə, 27 yaşlı gənc ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri