9 
Okt
2017
17:08
81
25
3295
yuxarı
Həyat yoldaşını baltalayan şəxsə ağır cəza verildi
9 Okt, 2017
17:08
3295
81
25
Həyat yoldaşını baltalayan şəxsə ağır cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.
M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək, istintaqa təslim olub.
Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
24 
Apr
2024
21:30
Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib
8
244
2810
24 
Apr
2024
12:28
Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı - FOTO
8
92
1050