12 
Okt
2017
15:00
215
19
4787
Virtual karabakh

Qızların telefonlarını oğurlayan şəxs cinayət başında yaxalandı

12 Okt, 2017
15:00
4787

Qızların telefonlarını oğurlayan şəxs cinayət başında yaxalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən iki qız Bakı Dövlət Universiteti yaxınlığında xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək, mobil telefonlarının oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq, ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmayıb.

Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, "Samsung" və "İphone 7" markalı mobil telefonlar aşkar edilərək, maddi sübut kimi götürülüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan qızlara məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri