12 
Okt
2017
16:37
16
167
6283
Virtual karabakh

Polis rəisinin müavini repetitordan 5500 dollar tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov mülki iddia ilə bağlı sənədi məhkəməyə təqdim edib.

P.İsmayılov məhkəmədən ona 5500 ABŞ dolları məbləğində zərərin ödənilməsini istəyib, bununla bağlı mülki iddia qaldırıb.

Sonra V. Dadaşovanın yeni vəkili Elxan Xudaverdiyev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses oktyabrın 19-dək təxirə salınıb.

Qeyd edək ki, V.Dadaşova məktəbəqədər hazırlıq siniflərində dərs deyib. O, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov barəsində internetə məlumat yerləşdirməklə, onu şantaj etməkdə ittiham edilir.

A.M.

www.oxu.az

Digər Kriminal xəbərləri