15 
Okt
2017
15:08
75
172
41634
Virtual karabakh

Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanların kimliyi məlum oldu

15 Okt, 2017
15:08
41634

Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanların kimliyi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: “Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: “Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri